Ukrayna Prezidenti əhalini panikaya düşməməyə çağırıb

24-02-2022, 11:56

Ukrayna Prezidenti əhalini panikaya düşməməyə çağırıb

“Vladimir Putin Ukraynanı məhv etmək istəyir. O, bütün demokrtaik dünya ilə müharibəyə başlayıb”.

Ordum.az “UNIAN”a istinadən xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski xalqa müraciətində deyib.

“Ukrayna ordusu layiqli mübarizə aparır. Biz təkcə bombalarla deyil, həm də saxta xəbərlərlə hücuma məruz qalırıq. Odur ki, rəsmi mənbələrə inanmaq lazımdır”, - dövlət başçısı vurğulayıb.

O, yerli əhalini panikaya düşməməyə çağırıb: “Bizim həmrəyliyə ehtiyacımız var. Ukraynalılar güclüdürlər, cəsarətlidirlər. Biz bunu bir neçə dəfə sübut etmişik”.

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukraynaya hücuma başlayıb.




Facebook'da Paylaş