XİN başçısı: "Tərəfdaşlarımız Ukraynaya min tondan çox silah və texnika verib"

7-02-2022, 17:41

XİN başçısı: "Tərəfdaşlarımız Ukraynaya min tondan çox silah və texnika verib"

“Beynəlxalq tərəfdaşlar Ukraynaya min tondan çox silah və hərbi texnika verib”.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı deyib.

“Biz tərəfdaşlarımızla daima əlaqə saxlayırıq və Ukraynanı dəstəkləyən beynəlxalq koalisiyanı birləşdirməyə davam edirik. Nəticədə biz indi siyasi, iqtisadi və təhlükəsizlik dəstəyi alırıq”, - o bildirib.

XİN rəhbəri vurğulayıb ki, rekord həcmdə dəstək Ukraynanın danışıqlar masası arxasında mövqeyini gücləndirir və böyük siyasi əhəmiyyət kəsb edir: “İndi dünya siyasətinin əsas mövzusu Rusiyanın Ukraynaya qarşı növbəti müharibə dalğasının qarşısını almaqdır”.

D.Kuleba qeyd edib ki, indi çox çətin və məsuliyyətli vaxtdır: "Lakin Ukrayna proseslərə soyuqqanlı yanaşır. Rəsmi Kiyev qəbuledilməz olan heç bir güzəştə getməyəcək




Facebook'da Paylaş