XİN başçısı: "Xarici ölkə rəsmilərinin Ukraynaya səfəri hərbi eskalasiya risklərini azaldır"

31-01-2022, 18:30

XİN başçısı: "Xarici ölkə rəsmilərinin Ukraynaya səfəri hərbi eskalasiya risklərini azaldır"

"Heç kim Rusiya Prezidenti Vladimir Putinin fikrində nə tutduğunu bilmir. Amma mən bilirəm ki, yüksək vəzifəli xarici şəxslərin ölkəmizə intensiv gəlişi hərbi eskalasiya risklərini azaldır".
Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçirdiyi brifinqdə deyib.

“Yaxın həftələrdə müxtəlif ölkələrin yüksək rütbəli rəsmilərinin Ukraynaya daha çox səfərləri gözlənilir. Eyni zamanda Yunanıstan Xarici İşlər Nazirliyinin rəhbəri artıq bu gün Ukraynaya gəlib, Hollandiya və Böyük Britaniyanın xarici işlər nazirləri də tezliklə gələcəklər. Bir sıra Mərkəzi Avropa ölkəsinin xarici işlər nazirləri də gələn həftə Ukraynaya gələcək. Bu həftə Türkiyə Prezidentini Ukraynada qəbul edəcəyik", - o bildirib.

Qeyd edək ki, Böyük Britaniya, Hollandiya və Polşanın Baş nazirləri bu həftə Ukraynaya səfər edəcəklər. Almaniya və Fransa xarici işlər nazirləri isə gələn həftə Ukraynaya gedəcəklər.




Facebook'da Paylaş