ABŞ rəsmisi: "Sərhədə qoşun cəmləşdirməklə Ukraynanı hədələmək məsuliyyətsizlikdir"

20-12-2021, 17:30

ABŞ rəsmisi: "Sərhədə qoşun cəmləşdirməklə Ukraynanı hədələmək məsuliyyətsizlikdir"

“Biz hesab edirik ki, sərhədə qoşun cəmləşdirməklə Ukraynanı hədələmək məsuliyyətsizlikdir”.
Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin bildirib.

O, Rusiyanın təcavüzkarlığı davam etdirəcəyi halda ABŞ-ın Ukraynaya daha çox silah və avadanlıq verəcəyini söyləyib: “Biz vəziyyəti diqqətlə müşahidə edirik. Ümid edirik ki, Rusiya Prezidenti Vladimir Putin öz hərbi texnikasını Ukrayna sərhədindən çəkmək barədə qərar qəbul edəcək. Hesab edirik ki, sərhədə qoşun cəmləşdirməklə Ukraynanı hədələmək məsuliyyətsizlikdir. Biz onu (Rusiya Prezdentini nəzərdə tutur - red.) geri çəkilməyə çağırırıq”.

“Geri çəkilməzsə, Ukraynaya qarşı təcavüzkarlığı davam etdirərsə, onda Rusiya üçün bunun çox ağır nəticələri olacaq. İlk növbədə, bu, özünü ağır iqtisadi nəticələr göstərəcək. ABŞ və Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımız iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır. Rusiya Ukraynaya qarşı qəbuledilməz fəaliyyətə əl atarsa, onda biz Ukraynaya daha çox avadanlıq və silah tədarük edəcəyik. Nəhayət, Ukrayna ilə sərhəddə yerləşən NATO-dakı müttəfiqlərimiz tamamilə güclənməsini təmin edəcəyik”, - K.Kevin deyib.




Facebook'da Paylaş