Volodimir Zelenski: "Rusiya ilə istənilən formada danışıqlara hazırıq”

17-02-2022, 16:24

Volodimir Zelenski: "Rusiya ilə istənilən formada danışıqlara hazırıq”

“Biz sülhün bərqərar olması naminə Rusiya ilə istənilən formada danışıqlara hazırıq”.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

“Rusiya danışıqlara hazır olduğunu dedikdən sona biz onlardan bu görüşün baş tutmasını xahiş edirik. Əslində onlar bizimlə ünsiyyətə hazır deyillər. Bunu istəmirlər. Biz isə dediyim kimi, bunu istəyirik”, - o vurğulayıb.

V.Zelenski, həmçinin bildirib ki, digər dövlətlərin bu istiqamətdə yardım təşəbbüsləri də rəsmi Kiyev üçün maraqlıdır.




Facebook'da Paylaş