Ərdoğan: "Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün töhfəmizi verməyə hazırıq"

4-02-2022, 14:11

Ərdoğan: "Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün töhfəmizi verməyə hazırıq"

"Rusiya və Ukrayna arasındakı gərginliyin azalması üçün lazımi töhfəni verməyə hazırıq”.

Ordum az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır. Gərginliyi azaltmaq üçün lazımi töhfəni verməyə hazır olduğumuzu Prezident Volodimir Zelenskiyə şəxsən dedim”, - o bildirib.




Facebook'da Paylaş