Zelenski Avropa İttifaqına üzvlük üçün müraciət edib

28-02-2022, 13:25

Zelenski Avropa İttifaqına üzvlük üçün müraciət edib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Avropa İttifaqından yeni xüsusi prosedura əsasən dərhal üzv olmağı xahiş edir.

Ordum.az xəbər veir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində məlumat verib.

“Biz Avropa İttifaqına Ukraynanın yeni xüsusi prosedur əsasında dərhal qoşulması ilə bağlı müraciət edirik”, - dövlət başçısı vurğulayıb.

V.Zelenski qeyd edib ki, Ukrayna bizim tərəfimizdə olduğuna görə tərəfdaşlarına minnətdardır:

“Amma bizim məqsədimiz bütün avropalılarla birgə olmaq və ən əsası bərabər səviyyədə olmaqdır”.

Dövlət başçısı bunun ədalətli olduğuna əmindir: “Əminəm ki, biz buna layiqik. Əminəm ki, bütün bunlar mümkündür”.




Facebook'da Paylaş