G7 ölkələrinin XİN başçıları Ukraynaya dəstək ifadə ediblər

19-02-2022, 18:25

G7 ölkələrinin XİN başçıları Ukraynaya dəstək ifadə ediblər

Dünyanın inkişaf etmiş yeddi ölkəsinin (G7) xarici işlər nazirləri Münhen görüşündə Ukrayna ilə həmrəyliklərini ifadə ediblər.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in bəyanatında bildirilib.

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Almaniya, İtaliya, Yaponiya, Kanada, Fransa və Böyük Britaniya daxildir.




Facebook'da Paylaş