Moskvada Rusiya və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

4-02-2022, 20:47

Moskvada Rusiya və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı ilə məsləhətləşmələr apaıb.

Bu barədə Ordum. az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Qərbi Balkanlarda mövcud vəziyyət ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Kaymakçı Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankinlə də görüşüb.

Görüşdə qlobal və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub. Rusiya ilə Türkiyə arasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı , G20 və Ümumdünya Ticarət Təşkilatı kimi çoxtərəfli formatlarda əməkdaşlıq imkanları vurğulanıb.




Facebook'da Paylaş