Rusiya Baş nazirinin müavini: “İqtisadi əlaqələrin açılmasını istəyir”

20-09-2021, 13:44

Rusiya Baş nazirinin müavini: “İqtisadi əlaqələrin açılmasını istəyir”

Rusiya Baş nazirinin müavini: "Azərbaycan, Rusiya və Ermənistan iqtisadi əlaqələrin açılmasını istəyir"
“Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat yollarının açılması, iqtisadi əlaqələrin qurulması əhval-ruhiyyəsindədir”.
“Sputnik Armeniya” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk sentyabrın 20-də İrəvanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.
“İşçi qrup üçtərəfli görüş keçirir. Sonuncu, 7-ci görüş avqustun ortalarında Moskvada olub. Tərəflər iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ovqatındadır. Hazırda bunun müzakirəsi gedir”, – A.Overçuk bildirib.
Ermənistan Baş nazirinin müavini Mqer Qriqroyan da nəqliyyat əlaqələrinin açılmasının faydalı olacağını vurğulayıb.
Qeyd edək ki, Rusiya-Ermənistan biznes forumunun sponsoru “Sputnik Armeniya” agnetliyidir. Bu tədbirdə daha çox rusiyalı erməni iş adamları iştirak edir.




Facebook'da Paylaş