ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərlə bağlı bəyanat yayıb

12-01-2022, 17:45

ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərlə bağlı bəyanat yayıb

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.

Ordum.az-ın xəbərinə görə, o, sərhəddə yenidən toqquşmaların qeydə alınmasından və bunun insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını bildirib.

“Biz tərəfləri güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan mənalı siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-in sədri kimi regionda davamlı sülhün bərqərar olmasına və davamlı inkişafın təşviqinə yönəlmiş səyləri gücləndirmək üçün tərəfdaşlarla işləməyə hazırdır. Biz bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik”, - bəyanatda vurğulanıb.




Facebook'da Paylaş