ATƏT Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstəyini davam etdirəcək

24-12-2021, 12:49

ATƏT Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstəyini davam etdirəcək

ATƏT Azərbaycanla Ermənistan arasında, habelə bütövlükdə regionda dayanıqlı sülhün bərqərar olmasına dəstəyini bundan sonra da davam etdirməyə hazırdır".

Bunu bu il ATƏT-ə sədrlik edən İsveç Xarici İşlər Nazirliyindən bildiriblər.

"Cənubi Qafqazda fəaliyyətlə bağlı xeyli təcrübəsi olan ATƏT-in həm də postmünaqişə dövründə yardımla bağlı bir sıra mexanizmlər təklif edərək Azərbaycanda və Ermənistanda təhlükəsizliyin hər üç istiqamətində çalışmağa davam edəcəyi qeyd olunub. Həmçinin ATƏT-in fəaliyyətdəki sədri Ann Lindenin Nazirlər Şurasının son iclasında dediyi kimi, təşkilat həm də regionlar səviyyədə fəaliyyətini artıra bilər. O cümlədən iqtisadiyyat və ekologiya sahələrində göstərilən səylər də Cənubi Qafqazda dayanıqlı sülhə və rifaha mühüm töhfə ola bilər”, – XİN-dən deyiblər.

Xatırladaq ki, ATƏT sədrliyi gələn il yanvarın 1-dən İsveçdən Polşaya keçəcək.




Facebook'da Paylaş