Səfir: "Almaniya Ukraynanı müdafiə silahları ilə təmin etməlidir"

11-01-2022, 09:59

Səfir: "Almaniya Ukraynanı müdafiə silahları ilə təmin etməlidir"

“Almaniya Ukraynadakı vəziyyətə görə məsuliyyət daşıyır və ölkəni müdafiə silahları ilə təmin etməlidir”.

Ordum.azUNIANa istinadən xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “Funke” mediaqrupun qəzetlərinə müsahibəsində bildirib.

Səfir Almaniyanı “mövcud mənəvi təhlükəli blokada mövqeyindən” əl çəkməyə, Ukraynanı təcili olaraq lazımi müdafiə silahları ilə təmin etməyə çağırıb: “Almaniya İsrail kimi, Ukraynaya görə də tarixi məsuliyət daşıyır”.

Diplomat Ukraynanın NATO və Avropa İttifaqına mümkün qədər tez üzv qəbul olunması istiqamətində Almaniya hökumətinin daha çox səy göstərməsinin istəyib. Onun sözlərinə görə, ölkəsi bu qurumların üzvü olarsa, Rusiya Ukraynaya hücum etməkdən çəkinər




Facebook'da Paylaş