Mövlud Çavuşoğlu NATO XİN başçılarının fövqəladə toplantısında iştirak edəcək

6-01-2022, 13:03

Mövlud Çavuşoğlu NATO XİN başçılarının fövqəladə toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 7-də NATO ölkələri xarici işlər nazirlərinin fövqəladə toplantısına qatılacaq.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, videokonfrans formatda keçiriləcək iclasda Avropadakı təhlükəsizlik məsələləri müzakirə olunacaq.




Facebook'da Paylaş