ABŞ Gürcüstanda fəaliyyət göstərən üç şirkətə sanksiya tətbiq edib

17-12-2021, 14:08

ABŞ Gürcüstanda fəaliyyət göstərən üç şirkətə sanksiya tətbiq edib

ABŞ-ın Ticarət Nazirliyi Gürcüstanda fəaliyyət göstərən üç şirkəti “qara siyahı”ya salıb.

Ordum.az xəbər verir ki, buna səbəb onların Amerika məhsullarının İranın hərbi proqramlarına yönəltməsi və yaxud buna cəhd etməsidir.

“Gensis Engineering”, “ROV Solutions” və “SAEROS Safety ERO Company” şirkətlərinin fəaliyyəti ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına zidd qiymətləndirilib. Onların ABŞ istehsalı olan ixrac nəzarəti tətbiq edilən müəyyən məhsul və texnologiya tədarükünə qadağa qoyulub.

Gürcüstan tərəfi ABŞ-ın Ticarət Nazirliyinin qərarı ilə bağlı hələ heç bir şərh verməyib.

Gürcüstandan olan şirkətlərlə yanaşı, “qara siyahı”ya Çin, Malayziya və Türkiyənin 34 şirkəti də daxil edilib.




Facebook'da Paylaş