Rusiya XİN: "3+3" formatında görüşün keçirilməsi qısamüddətli məsələdir"

26-11-2021, 15:21

Rusiya XİN: "3+3" formatında görüşün keçirilməsi qısamüddətli məsələdir"

“Rusiya Transqafqaz regionu üzrə “3+3” formatında görüşün keçirilməsinin qısamüddətli məsələ olduğuna ümid edir".

Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, bu məsələlər işlənərkən bütün iştirakçıların razılığını almaq lazımdır: "Nəticə əldə olunanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, qısamüddətli məsələdir".

A.Rudenko həmçinin bildirib ki, Rusiya Gürcüstanın bu prosesdə iştirakına tam hazırdır.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü ilə çıxış ediblər. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi üçün addımlar atmağa hazır olduğunu bəyan edib.




Facebook'da Paylaş