Rus politoloq: “Qərarlar Soçidə verilə bilər”

26-11-2021, 12:37

Rus politoloq: “Qərarlar Soçidə verilə bilər”

“Düşünürəm ki, bu ilin yanvarında olduğu kimi, hansısa üçtərəfli bəyanat olacaq”.

Ordum.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, rus politoloq Nikolay Silayev bildirib.

Onun sözlərinə görə, yeni bəyanatın qəbul edilməsinin Cənubi Qafqazda gedən proseslərə necə təsir edəcəyini söyləmək çətindir, çünki müzakirə olunan sənədlərin məzmunundan xəbərdar deyil.

Rus politoloq deyib ki, qərarlar Soçidə verilə bilər.

“Brüsseldə gözlənilən İlham Əliyev-Paşinyan görüşü Moskvanı narahat etmir, qərarlar Soçidə verilə bilər”, - deyə Silayev qeyd edib.




Facebook'da Paylaş