Böyük plan icra olunur

1-10-2021, 09:49

Böyük plan icra olunur

Xocalı, Xocavənd, Ağdərə... - Soçidə razılıq əldə olunub: Böyük plan icra olunur: "Qənaətimə görə, görüşdə həm də azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı məsələsi də gündəmə gətirilib. Yəni məcburi köçkünlərin Xocavənd, Xocalı və Ağdərəyə geri qayıtması və perspektivdə Xankəndi də daxil olmaqla bütün bu ərazilərdə Azərbaycanın suverenliyinin formalaşması məsələsi müzakirə olunub".
Ordum.az Kanal.az-a istinad edərək xəbər verir ki, politoloq Natiq Mirinin Putin və Ərdoğan arasında Soçidə baş tutan görüşü şərh edərkən belə deyib. O bildirib:
"Bu haqda Liviya və Suriyadan başlayan geosiyasi müzakirələrin tərkib hissəsi kimi danışılıb. Çünki Rusiya hesab edir ki, artıq Suriya prosesi sona çatmaq üzrədir. Tərəflər arasında indiyədək imzalanmış sənədlərin yekun olaraq təsdiqlənəcəyini düşünürəm. Fikrimcə, belə bir anlaşmanın əldə olunması Qarabağla bağlı da müzakirə olunub. Bu, uzun müddətə saxlanıla bilməz. Bunun uzadılması sabotaj və hansısa geosiyasi maraqlardan xəbər verir ki, Azərbaycan və Türkiyə buna razı ola bilməz".




Facebook'da Paylaş