Rusiya Baş nazirinin müavini İrəvana gedib

24-11-2021, 18:20

Rusiya Baş nazirinin müavini İrəvana gedib

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın paytaxtı İrəvana gedib.

Ordum.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanla görüşəcək.

Görüşdə əsasən kommunikasiya xətlərinin açılması məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, A.Overçuk noyabrın 24-də Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən də qəbul edilib.




Facebook'da Paylaş