Rusiya və İran da "3+3" regional əməkdaşlıq formatının yaradılması ideyasının tərəfdarıdır

5-11-2021, 15:05

Rusiya və İran da "3+3" regional əməkdaşlıq formatının yaradılması ideyasının tərəfdarıdır

"Qarabağ müharibəsindən bir il sonra Cənubi Qafqazda nəqliyyat yollarının blokadadan çıxarılması mövzusu regional səviyyədə fəal şəkildə müzakirə olunur".

Ordum.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Qeyd olunub ki, Türkiyə Cənubi Qafqazda "3+3" formatında altıtərəfli əməkdaşlıq platforması yaratmaq təklifini irəli sürməyə çalışır.

"Maraqlıdır ki, Rusiya və İran da "3+3" regional əməkdaşlıq formatının yaradılması ideyasının tərəfdarıdır, lakin bunu özlərinə sərf edən şəkildə təsəvvür edirlər ki, bu da müəyyən mənada Türkiyənin istəyinin cilovlanmasını nəzərdə tutur. Türkiyənin Suriyadakı istəkləri Moskvanın maraqlarından irəli gəlmir və hansısa bir anda rus-türk toqquşması qaçılmaz hala gəlir. Lakin rus-türk münasibətlərində yaranmış boşluqlar bununla bitmir", - deyə nəşr bildirib.




Facebook'da Paylaş