Latviya Prezidenti: "Bakı Qlobal Forumu çox mühüm və vacib platformadır

4-11-2021, 11:38

Latviya Prezidenti: "Bakı Qlobal Forumu çox mühüm və vacib platformadır

"Bakı Qlobal Forumu ən mühüm məsələlərin müzakirəsi baxımından vacib platformadır".

Ordum.az xəbər verir ki, bunu Latviya Prezidenti Eqils Levits VIII Qlobal Bakı Forumuna videomüraciəti zamanı bildirib.

O, koronavirus pandemiyasının dünyanı ciddi şəkildə dəyişdiyini söyləyib.

“Heç bir ölkə bu cür vəziyyətdən sığortalanmayıb və heç kim onunla təkbaşına mübarizə apara bilməz. Bu problemi həll etmək üçün səyləri birləşdirmək lazımdır”, - o çağırış edib.

Prezident bununla əlaqədar olaraq Azərbaycanın COVID-19-a qarşı mübarizə mövqeyinin və səylərinin vacibliyini deyib: “Biz birlikdə pandemiyanın öhdəsindən gələ bilərik. Lakin bu heç də yeganə problem deyil. Son illərdə iqlim dəyişikliyi məsələsi ilə daha tez-tez rastlaşırıq. Bu Qlobal Forum lazımi məsələlərin müzakirəsi baxımından vacib platformadır”.




Facebook'da Paylaş