Pakistan Azərbaycana Kəşmir məsələsindəki dəstəyə görə minnətdardır

26-10-2021, 15:44

Pakistan Azərbaycana Kəşmir məsələsindəki dəstəyə görə minnətdardır

"Pakistan Cammu və Kəşmir məsələsində tutduğu əsaslı mövqeyinə görə Azərbaycan hökumətinə minnətdardır".

Ordum.az xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki səfiri Bilal Haee bildirib.

Hazırda Cammu və Kəşmirin humanitar fəlakətlə üzləşdiyini dilə gətirən səfir ötən ay Xarici İşlər Nazirliyi tərəfindən bununla bağlı xüsusi dosye dərc edildiyini diqqətə çatdırıb.

Kəşmir probleminin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 11 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulayan Pakistan səfiri deyib ki, həmin sənədlər xalqın öz gələcəyini təyin etməsilə bağlı referendum keçirilməsini nəzərdə tutur. Onun fikrincə, BMT TŞ-nın daimi üzv ölkələri Hindistanın BMT-də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin etməlidir.

Diplomatın sözlərinə görə, bu gün dünyanın ən sıx məskunlaşmaqla silahlandırılmış bölgəsi olan Cammu və Kəşmirdə 900 mindən artıq əsgər yerləşdirilib. Yəni hər 7 mülki sakinə 1 əsgər düşdüyü halda, hər 30 min sakinə 1 həkim düşür.

Qeyd edək ki, 1947-ci ildə Hindistanın Kəşmir bölgəsini işğal etdiyi 27 oktyabr tarixi hər il Pakistanda Kəşmirin Qara Günü kimi qeyd olunur.




Facebook'da Paylaş