Ülkü Ocaqları niyə hədəf alınıb?

2-10-2021, 10:11

Ülkü Ocaqları niyə hədəf alınıb?


Baydenin “erməni soyqırımı” açıqlaması, S-400 problemi və Suriyada terror təşkilatlarına yardım məsələsindən sonra Ülkü Ocaqları niyə hədəf kimi görülməyə başladı sualına Türkiyə Milliyətçi Hərəkat Partiyasının baş katibinin köməkçisi Bahadır Bumin Özarslanın cavabını təqdim edirik:

- ABŞ-ın bu mövqeyinin səbəbi xüsusilə 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən çevriliş cəhdindən sonra Türkiyənin türk dünyasına əsaslanan xarici siyasətinin daha da güclənməsidir. 15 iyul gecəsi Dövlət Baxçalının çevrilişə açıq şəkildə qarşı çıxmasıyla başlayan Cümhur İttifaqı yarandığı gündən bəri Türkiyənin maraqlarını əsas götürüb. Bu səbəbdən başda ABŞ olmaqla, Qərb dövlətləri hər fürsətdə Türkiyəni açıq şəkildə hədəfə alıblar. Ülkü Ocaqları türk millətinin bütün maddi və mənəvi dəyərlərini təmsil edir. Təşkilat göstərdiyi fəaliyyətlə yalnız Türkiyədə deyil, eyni zamanda türk dünyasında diqqəti cəlb edir. Buna görə Ülkü Ocaqlarını hədəf almaq yalnız Türkiyə türklərini deyil, bütövlükdə türk dünyasını hədəf almaqdır. Çünki XXI əsrin türk əsri olacağı artıq daha aydın şəkildə görülməyə başlayıb.




Facebook'da Paylaş