Peter Siyarto: "Azərbaycan Qarabağda xristian dini ocaqlarının qorunması sahəsində böyük işlər görür

28-09-2021, 19:27

Peter Siyarto: "Azərbaycan Qarabağda xristian dini ocaqlarının qorunması sahəsində böyük işlər görür

"Azərbaycanın dinlər və mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək sahəsindəki fəaliyyəti hamı üçün əsl nümunədir".

Ordum.az xəbər verir ki, bunu Avropa Şurası Nazirlər Komitəsinin Prezidenti, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Avropa Şurası Parlament Assambleyasının ( AŞPA) payız sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda xristian dini ocaqlarının qorunması sahəsində böyük işlər görür: "Bu yaxınlarda mənim ölkəm ilə Azərbaycan arasında mədəniyyət sahəsində müqavilə bağlanılıb. İki ölkə kilsələrin təmir olunması sahəsində əməkdaşlıq edəcək. Şuşa Azərbaycanın mədəniyyət mərkəzi elan olunub. Mən Azərbaycanın dini məbədlərin qorunması sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirirəm".

Peter Siyarto bildirib ki, Azərbaycanın dinlərarası əməkdaşlığın gücləndirilməsi sahəsindəki fəaliyyəti bütün ölkələr üçün əsl nümunədir




Facebook'da Paylaş