XİN rəhbərləri: Azərbaycanın sədrliyi təqdirəlayiqdir
XİN rəhbərləri: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təqdirəlayiqdir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Şerif və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti naziri Feliks Plasensia ilə ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər ölkələr arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər və QH və BMT daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlığın əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını vurğulayıblar.
Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən pandemiyaya qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.
Görüşlər zamanı, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu, xüsusilə iqtisadi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Facebook'da Paylaş