BMT-nin Məskunlaşma Proqramının nümayəndə heyəti Ağdamda səfərdədir

4-03-2022, 11:45

BMT-nin Məskunlaşma Proqramının nümayəndə heyəti Ağdamda səfərdədir

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam rayonunda səfərdədir.

Ordum.az xəbər verir ki, səfər çərçivəsində Maimuna Mohd Şərif Azərbaycan hökumətinin şəhər planlaşdırılması sahəsində apardığı bərpa işləri ilə tanış olacaq.

Xatırladaq ki, Azərbaycana 3 günlük səfər çərçivəsində UN-HABITAT proqramının icraçı direktoru ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.




Facebook'da Paylaş