Bu ilin sonuna qədər Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq

27-01-2022, 12:00

Bu ilin sonuna qədər Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq

“Hazırda Qarabağın 35%-də televiziya yayımı var. Bu ilin sonuna qədər göstərici 100%-ə çatdırılacaq”.

Ordum.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 72%-də 2G, 40%-də 3G, 50%-də isə 4G şəbəkəsi var. Qarabağda genişzolaqlı internet şəbəkəsi yaratmaq üçün 1 400 km-lik fiberoptik kabelin çəkilməsinə start verilib. Biz artıq televiziyalarda rəqəmsal yayıma keçmişik. Radiolarda isə 2026-cı ilə qədər tam rəqəmsallaşmaya nail olmağı düşünürük”, - deyə o, əlavə edib




Facebook'da Paylaş