Nazir müavini: "Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb"

20-01-2022, 12:31

Nazir müavini: "Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb"

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin internet təchizatı üçün konkret fəaliyyət planı hazırlanıb".

Ordum.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

"Həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq. Qarabağın bərpa planına uyğun olaraq, rabitə infrastrukturu da bərpa olunacaq. "Ağıllı şəhər" layihələrinin öz tələbləri var. Bu, yalnız internetin sürətindən asılı deyil. Fəaliyyət planı konsept şəkildə həyata keçiriləcək", - o deyib.




Facebook'da Paylaş