Şəhid Milli Qəhrəman Ələkbər Əliyev anadan olmasının 70 illiyi qeyd olıunub
Dekabrın 23-də Nizami Kino Mərkəzində Azərbaycanın Şəhid Milli Qəhrəmanı Əliyev Ələkbər Həsən oğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbir Qubadlı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən birgə təşkil edilib.
Tədbirdə şəhidin ailə üzvləri, dövlət və ictimai qurumların nümayəndələri, qazilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tərbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov, ubadlıda Milli Ordunun qurulmasında xüsusi xidmətləri olan, 3-cü batalyonun komandiri Dağbəyi Məhyəddinov, Bakı Dövlət Universitetinin müəllimi professor Abbas Abbasov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxış ediblər. Çıxış edənlər Əliyev Ələkbər Həsən oğlunun həyat və döyüş yolundan, onun göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən danışaraq, bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, Milli Qəhrəmanın göstərdiyi şücaət Azərbaycan tarixində şərəfli bir səhifə kimi daim yaşayacaq.
Həmçinin bütün şəhidlərimizn xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olduğu xüsusi qeyd edilib.
Tədbir iştirakçıları, eyni zamanda, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad günü münasibətilə təbriklərini səsləndiriblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi nailiyyətlərdən, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından danışılıb, dövlət başçısına möhkəm cansağlığı və uğurlar arzulanıb.
Sonda Milli Qəhrəmanın həyat yoldaşı Reyhan Ələkbərova çıxış edərək tədbirin təşkilatşılarına öz təşəkkürünü bildlirib.
Tədbir çərçivəsində şəhidin həyatına və döyüş yoluna həsr olunmuş film nümayiş etdirilib. Qubadlı rayonu Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbinin müəlim və şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri və şeirlər ifa edilib.
https://www.youtube.com/watch?v=BK6chw8G9zY

















[/center]
Fuad Hüseynzadə
Facebook'da Paylaş