İğdırda Azərbaycan Evinin açılış mərasimi keçirilib

15-11-2021, 14:29

İğdırda Azərbaycan Evinin açılış mərasimi keçirilib

Türkiyənin İğdır şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Dövlət Komitəsinin və İğdır Azərbaycan Dil, Tarix Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, Qarabağ və türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirə İğdır valisi H. Engin Sarıibrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev başda olmaqla komitənin nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin üzvləri Şamil Ayrım və Yaşar Karadağ, Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz, İğdır Universitetinin rektoru M. Hakkı Alma, İğdır Əmniyyyət Müdiri Oğuzhan Yonca, İğdır Jandarma Komandanı Nejdet Karaca, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri qatılıb.




Facebook'da Paylaş