Ankarada Şuşa Konfrans Mərkəzi

28-06-2021, 15:48

Ankarada Şuşa Konfrans Mərkəzi

Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzi açıldı

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı olub. Tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Heydər Əliyevin ölkəmizin Ankaradakı səfirliyindəki büstünü ziyarət ediblər. Ulu Öndərin büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Sonra Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılış mərasimi keçirilib.
Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Daha sonra “Cıdır düzündə konsert” adlı videoçarx nümayiş etdirilib.




Facebook'da Paylaş