Rövşən Vəliyev: Harda şəhid məzarı görsəniz...

26-09-2021, 21:44

Rövşən Vəliyev: Harda şəhid məzarı görsəniz...

27 sentyabr şəhidlərimizin anım günüdür. Mən də "Yurd Yeri" kitabımda yazdığım şəhid qardaşlarımız və torpaqlarımızın uğrunda şəhid olan şagird yoldaşlarımı anaraq bütün torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qardaş, bacılarımızın əziz ruhları qarşısında hörmətlə baş əyirəm. Dünya durduqca qürurumuzu göylərə qaldıran əziz şəhidlərimizi unutmayacayıq. Əziz şəhidlərimiz ruhunuz şad olsun.
Şəhidlərimiz
Biz şəhid deyendə müharibədə dünyasını dəyişən anlamında başa düşürük. Bizim yaxınlarımızın orqanının birinə ehtiyacı olsa onu verməyə tərəddüd edərik. Şəhid deyəndə bütün canını, qanını vətəninə qurban verən deməkdi. Allah etməsin. Sənin bir orqana ehtiyacın olsa, sənə bir orqan verən insana ömrü boyu minnətdar olarsan. Canını bizlərə qurban vermiş şəhidlərə bizlər ömrü boyu minnətdar olmalıyıq. Adların yazdığım şəhidlər həm qohum, həm də şagird yoldaşlarım olmuşdur. Aqil, Müşviq və Gülçün. Onları uşaq vaxtlarından tanıyırdım. Bilməzdik ki, bir vaxtlar yan - yana oturduğumuz şagird yoldaşlarımız gələcəkdə bizim kəndin fəxri, bizlərin qürur yeri olacaq. Onlar işlərində qətiyyətli, dostluqlarında sədaqətli yoldaş kimi xatirimdə qalıb. Şəhid tək ata - anasının övladı olmur. Onlar bütün bir elin, vətənin övladı olmağı bacardılar. Çünki, dilbər guşəmiz olan Qarabağımızın va Azərbaycanımızın müdafiəsi uğrunda şəhid olublar.
Harda şəhid məzarı görsəniz yanından laqeyd keçməyin. O insanlar ümumi birliyimiz üçün canlarını qurban veriblər. Yeriniz cənnət olsun qəhrəmanlarımız.




Facebook'da Paylaş