Qarabağı işğaldan Azərbaycan ordusu xilas edib! - Hüseyn Büyükfıratdan İLGİNC YAZI
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat çox maraqlı bir mövzuda məqalə yazıb və Musavat.com saytına göndərib.
Mövzunun aktuallığını, marağını, əhəmiyyətini nəzərə alaraq həmin məqaləni təqdim edirik.
2016-cı ildə Cocuq Mərcanlı kəndi işğaldan azad edildikdən sonra oranın "fəxri" sakinlərindən biri də mən oldum desəm, yanılmaram. Düşmən tapdağından azad edilmiş müqəddəs kəndimizdə aparılan abadlıq işlərinə biz də qoşulduq, orda atelye və binalar inşa etdik... İntensiv xarekter alan səfərlərimiz zamanı tez-tez düşmənlə üz-üzə dayanan hərbiçilərimizlə də görüşürdük, onları ziyarət edirdik.
Azərbaycan əsgərinin əli tətikdə idi!
Aydın idi ki yüksək döyüş hazırlığına, mənəvi-psixoloji hazırlığa sahib, qisas hissi ilə alışıb-yanan bu ordu ən qısa zamanda şahlanacaq, düşmənin üzərindən tank kimi keçəcək.
Təbii, bütün bunlar təsadüfü deyildi, Can Azərbaycan illərdir Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müharibəyə hazırlaşırdı.
İLHAM ESGER.jpg (246 KB)
Qələbə üçün 44 gün lazım oldu, amma onun arxasında dövlətin illərdir yürütdüyü məqsədyönlü siyasət, əzm, düzgün strategiya var idi.
Nəhayət, o gün yetişdi!
Şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə döyüşə atıldı.
Və dünya bu kutsal savaşı nəfəsini tutaraq izlədi...
Tam əminliklə deyirəm bütün Azərbaycan döyüşə atılmağa hazır idi, cəbhədə Azərbaycan döyüşürdü.
Gerisi məlum...
Şanlı qələbənin müəllifi başda Azərbaycan Prezidenti olmaqla Azərbaycan xalqıdır, onun hər nəfəridir.
Ordusudur, əsgəridir.
Cənnətməkan şəhidləridir!
Azərbaycan, əlbəttə ki, yalnız deyildi, Türkiyənin ürəyi Azərbaycanlı döyünürdü. Rəsmi Ankara mənəvi-siyasi cəhətdən savaşın hər anında Azərbaycanın yanında oldu. Prezident İlham Əliyevin hər tiviti Türkiyədə də həyacanla gözləndi, Türk xalqını sevincə qərq etdi...
Əgər ehtiyac yaranardısa hörmətli Türkiyə Prezidentinin və digər yüksək rütbəli şəxslərin də dəfələrlə ifadə etdiyi kimi Türk ordusu Azərbaycanın əmrində idi. Amma qəhrəman Azərbaycan ordusu qanı və canı bahasına, təkbaşına döyüşdü, VƏTƏNimizdə düşmənin mövcudluğuna son verdi və ləyaqətli müharibə apardı.
Hələ uzun illər Azərbaycanın Zəfər müharibəsi təqdiq ediləcək, öyrəniləcək.
Əlbəttə, bu qələbə sadəcə Azərbaycanın deyil, həm də Türkiyənin, böyük Türk dünyasının qələbəsi oldu.
qardas.jpg (77 KB)
Çünki biz birik, bütünük, bütövük və Azərbaycanın şanlı zəfəri Türk dünyasının birliyi istiqamətində aparılan fəalliyətləri yeni müstəviyə daşıdı...
Bir daha qələbən mübarək, Azərbaycan!
Zəfərimiz kutlu və daim olsun!
Hüseyn Büyükfırat,
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri
Facebook'da Paylaş