“Böyük Zəfərə aparan yol”

4-04-2024, 21:24

“Böyük Zəfərə aparan yol”
           Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar “Böyük Zəfərə aparan yol” adlı tədbir keçirildi.

 Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

       Tədbiri giriş sözü ilə filialın əməkdaşı Zərəngiz Mansurova açaraq Aprel döyüşlərinin əhəmiyyətindən danışdı. O bildirdi ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi və bu tarixi günü heç bir azərbaycanlı unutmayacaq.

      Kitabxana filialının müdiri Aynur Babayeva tədbir iştirakçılarına təşəkkür etdi və vətənpərvərlik mövzusunun hər birimiz üçün şərəf olduğunu qeyd etdi.

      Çıxış edən qazilər öz təəssüratlarını və xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

       Tədbirin bədii hissəsində gənc şair Elmar Sahib və kitabxana filialının əməkdaşı Zərəngiz Mansurova, kitabxananın oxucusu Rahil Məmmədzadə vətənpərvərlik mövzusunda şeirlərini səsləndirdilər.

Kitabxanaçı Hilanə Babayevanın Aprel döyüşlərinə həsr olunmuş hazırladığı videoçarx nümayiş olundu.

Tədbirdə qazilər, kitabxananın oxucuları, T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri iştirak etdilər.








     




Facebook'da Paylaş