İlham Əliyev: 62 yaş, 62 fakt

24-12-2023, 19:53

İlham Əliyev: 62 yaş, 62 fakt

Dekabrın 24-də Prezident İlham Əliyevin 62 yaşı tamam olur. O, qüdrətli Prezident, xalqın sevgisini qazanan lider və vətənini, xalqını sevən böyük azərbaycanlıdır. Böyük siyasətçi ölkə başçısı kimi Azərbaycan xalqının arzularını reallaşdırmaqdadır. Müzəffər Ali Baş Komandanın 62 yaşı ilə əlaqədar onun gördüyü saysız-hesabsız işlərdən simvolik olaraq 62-sini təqdim edirik.




2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi;
Şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkünlərlə ənənəvi görüşlər;
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanın imzalanması, daha sonra isə 2009-2013, 2014-2018, 2019–2023-cü illəri əhatə edən analoji dövlət proqramlarının qəbul edilməsi və icrası;
2004-cü ildə imzalanan “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası, 2007-ci ildə sonuncu çadır şəhərciyinin ləğv edilməsi;
Məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsi, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar minlərlə Şəhid ailəsi və məcburi köçkünlərin ev, müharibə əlillərinin avtomobillə təmin edilməsi;
Azərbaycan Rusiya münasibətlərinin əsas prinsiplərini əks etdirən Moskva Bəyannaməsi;
Yeni nəsil pul nişanlarının (AZN) tədavülə buraxılması;
2006-cı il fevralın 10-da Ermənistanın o zamankı prezidenti Robert Köçəryanın Azərbaycan Prezidentinin diplomatiyasına tab gətirməyərək ayaqyolu bəhanəsi ilə danışıqlar masasından qaçması və gizlincə ölkəsinə qayıtması;
2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi;
Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması;
2007-2015 və 2022-2026-cı illər üzrə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramlarının qəbul edilməsi;
Qlobal əhəmiyyətli “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) transmilli layihəsi ilə bağlı təşəbbüsün irəli sürülməsi və reallaşdırılması;
"Gənclər Sivilizasiyaların Alyansı uğrunda" beynəlxalq konfransına ev sahibliyi;
Bakının 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi;
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununun keçirilməsi təşəbbüsünün BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO tərəfindən dəstəklənməsi və dəfələrlə həyata keçirilməsi;
2010-cu ildə şücaəti ilə düşməni lərzəyə gətirən, dünyanı heyrətləndirən, qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun və Şəhid Fərid Əhmədovun cənazələrinin Azərbaycana gətirilməsi;
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
Gənclər Fondunun yaradılması;
Bakı Beynəlxalq Humanitar Forumunun təsis edilməsi;
57-ci Avroviziya Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi;
Dünyada nümunəvi olan Azərbaycan brendinin - “ASAN Xidmət” modelinin yaradılması;
"Terrorizmə qarşı mübarizənin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi"nə dair BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına sədrlik;
Ramil Səfərovun ekstradisiyası və dərhal əfv edilməsi;
Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə dünya kosmos ailəsinin üzvünə çevrilməsi;
"Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası;
Şahdəniz Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlərin imzalanması;
“Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması;
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi;
“Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi;
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi;
Aprel döyüşlərində qələbə qazanılması və bir sıra ərazilərin işğaldan azad edilməsi;
2016-cı ildən etibarən Formula 1 Azərbaycan Qran Prisinin dəfələrlə yüksək səviyyədə təşkili;
42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkili;
Tibbi sığortanın tətbiqi istiqamətində işlərin görülməsi;
Azərbaycanın balanslaşdırılmış xarici siyasət aparması və regional əhəmiyyətinə görə ABŞ-nin Baş Qərargah rəisi general Joseph Dunford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun ikitərəfli görüş üçün Bakını seçməsi, bununla Bakının diplomatiya mərkəzinə çevrilməsi;
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi;
Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin istismara verilməsi;
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi parad;
İdarəetmədə sistemli islahatların aparılması;
Azərbaycanın ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyi;
Beynəlxalq tribunada səsləndirilən “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinin şüara çevrilməsi və reallaşdırılması;
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması;
Koronavirusla əlaqədar ölkəmizin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi;
44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə torpaqlarımızın azad edilməsi, ordumuz və diplomatiyamızın gücününün bütün dünyaya göstərilməsi, Azərbaycan tarixində yeni bir mərhələnin başladılması;
Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması;
Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı;
YAŞAT Fondunun yaradılması;
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi;
Qarabağ Dirçəliş Fondunun yaradılması;
2021-ci il fevralın 26-da 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını 4 dildə cavablandırması ilə dünyanın diqqətini cəlb etməsi;
BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi;
Azərbaycana pandemiya ilə mübarizədə qlobal səviyyədə göstərdiyi səylərə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi təşəkkürün elan edilməsi;
Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi;
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi;
Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı;
“Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı;
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu;
Beynəlxalq tribunada Prezident İlham Əliyevin “Avropada ən çox arzuolunan lider” adlandırılması;
Böyük qayıdış strategiyasının hazırlanması, azad olunan ərazilərdə görülən misilsiz işlər və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması;
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə;
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı ilə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığın əldə edilməsi;
Antiterror əməliyyatı ilə Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarının tərksilah edilməsi, Qarabağda gizlənən cinayətkarların məsuliyyətə cəlb edilərək cəzalandırılması, terrorçulardan təmizlənən ərazilərdə Azərbaycan bayrağınn qaldırılması və Xankəndidə Zəfər paradının keçirilməsi.




İdeya müəllifi və hazırlayan: Çingiz Səfərov




Facebook'da Paylaş