Ermənistanın müdafiə naziri Xankəndiyə gəlib

2-12-2020, 13:26

Ermənistanın müdafiə naziri Xankəndiyə gəlib
Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan dünən - dekabrın 1-də Xankəndiyə gəlib.
O, Xankəndidə separatçı-terrorçuların başçısı Araik Arutyunyanla görüşüb.
Araik Arutyunyan Vaqarşak Arutyunyanın zəngin təcrübəsi olduğunu və müdafiə sferasındakı ağır böhranın qarşısının alınmasında onun uğur qazanacağına ümid etdiyini bildirib.
Görüşdə əsas müzakirə mövzusu hərbi əsirlər və itkinlərin taleyi olub.




Facebook'da Paylaş