Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Küveyt mediasında məqalə dərc edilib
Küveytin “Alseyassah.com” qəzeti və saytında “Azərbaycanla Küveytin bənzərliyi” başlıqlı məqalə dərc edilib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu yazıda Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əlliyevin xidmərləri qeyd edilib: “Bunu Ulu Öndər Heydər Əliyevin Küveyt rəsmiləri ilə görüşündə Azərbaycan-Küveyt çoxəsrlik tarixi əlaqələrinin inkişafı üçün irəli sürdüyü təşəbbüs və təkliflər də təsdiqləyir. Küveyt rəsmilərinin Azərbaycana səfərlərində çox səmərəli, əhəmiyyətli görüşlər, danışıqlar olub. Məhz bunun nəticəsində Küveyt ilə Azərbaycan arasında ikitərəfli hökumətlərarası əməkdaşlığı təmin etmək üçün sənədlər, o cümlədən dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Sevindirci haldır ki, Küveyt rəsmiləri Azərbaycanda aparılan demokratik dəyişiklikləri, həyata keçirilən islahatları yüksək qiymətləndirirlər”.
Məqalədə bildirilib ki, Küveyt Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdən olub: “1994-cü ilin 7 oktyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasından çox az müddət sonra Ümummilli lider Heydər Əliyev Küveytin o zamankı əmiri Cabir Əhməd Sabahla Mərakeşin Kasbalanka şəhərində görüşmüşdür. “Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir”, – deyə Ulu Öndər Heydər Əliyev bu görüşdə bildirmişdir.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Cabir Əhməd Sabah Azərbaycan Prezidentini Küveytə rəsmi səfərə dəvət etmişdir. Heydər Əliyev bu dəvəti məmnuniyyətlə qəbul edərək bildirmişdir ki, “ölkənizi ziyarət etmək mənim üçün çox xoşdur və mən də sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”. Bu dəvət Küveyt əmiri tərəfindən məmnuniyyətlə qəbul olunmuşdur. Söhbət zamanı respublika prezidenti Azərbaycanda Küveyt səfirliyinin açılmasının zəruriliyinə toxunmuşdur: “Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz. Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdəkindən çox qədimdir”.
Xatırladaq ki, Azərbaycan Küveytdə səfirliyini 2004-cü ilin sonlarında açıb. Küveytin Bakıdakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb”.
Yazıda qeyd edilib ki, Azərbaycanla Küveytin Parlamentlərarası əməkdaşlıq çərçivəsində də əlaqələri uğurla davam etdirilir: “28 may 1995-ci il tarixində yaradılan Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verir. 2001-ci ilin sentyabrında Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ulu öndər Heydər Əliyevlə görüşü olub. Bu görüşdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyi göstərilib və dost ölkələr kimi Küveyt və Azərbaycanın bir-birlərinə kömək göstərmələrinin zəruriliyi bildirilib. Millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycanla Küveyt arasında münasibətlərin kifayət qədər uzun tarixi var: “Azərbaycan müstəqilliyə qovuşduğu ilk günlərdən Küveytlə diplomatik münasibətlər saxlamışdır. Əlbəttə ki, bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin özünəməxsus rolu var. Ulu Öndərin çoxşaxəli fəaliyyəti və nüfuzu ərəb dünyasına da bəllidir. Məhz buna görə də bir çox ərəb ölkələri kimi Küveyt Dövləti də Azərbaycanla əməkdaşlıqda maraqlı olublar. Ayrıca olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanla Küveyt bir çox amillər birləşdirir. Eyni dini mənsubiyyət və tarixi amillər Azərbaycanla Küveyt münasibətlərinin inkişafına təsirli rol oynayır. Azərbaycan Respublikasının Küveytdə səfirliyinin fəaliyyətə başlanmasından sonra tərəflər arasında münasibətlərin inkişafında yeni dinamiklik yarandı. Eyni zamanda, parlamentlər səviyyəsində də münasibətlərin inkişaf etdirilməsi istiqamətində səmərli fəalliyyət davam etdirilir. Bu addım bir daha ona dəlalət edir ki, Azərbaycan Küveytlə hərtərəfli inkişafında maraqlıdır. Bundan sonrakı mərhələdə də əməkdaşlıq inkişaf etdiriləcək””.
Yazıda Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında müxtəlif sahələr üzrə əlaqələrin sürətlə inkişaf etdirilməsi üçün bu ölkədəki səfirliyimizin və diasporumuzun daima fəallıq göstərdiyi vurğulanıb. Həmçinin yazıda səfirliyin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirdiyi tədbirlərdən söz açılır: “Qeyd edək ki, 2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində imzalan sənədlər ikitərəfli əməkdaşlığın inkişafını daha da sürətləndirib. Bu gün nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan-Küveyt əlaqələrinin daha da möhkəmlənməsi önəmlidir. Küveyt ilə Azərbaycanın bütün sahələrdə əməkdaşlığın bundan sonra daha da sıxlaşdırılmasına, daha da intensiv inkişafına geniş perspektiv var. İki ölkə arasında iqtisadi, mədəni, ticarət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin böyük əhəmiyyəti var”.
Qeyd edək ki, bu məqalə Küveytin tanınmış saytlarının X səhifələrində də geniş formada paylaşılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://alseyassah.com/%D8%A3%D9%88%D8%AC%D9%87-%D8%A7%D9%84%D8%AA%D8%B4%D8%A7%D8%A8%D9%87-%D8%A8%D9%8A%D9%86-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D8%A7%D9%84%D9%83%D9%88%D9%8A%D8%AA/
https://x.com/AlseyassahNews/status/1718307973359960220?t=AyjFek-6eRuH9jldF_EnoQ&s=08
https://twitter.com/almagmoah/status/1723636918846402710?s=48&t=3hydlFwycXTamYiXoefW4g
https://twitter.com/akhbar_alyawm/status/1723637875491659931?s=48&t=3hydlFwycXTamYiXoefW4g
https://twitter.com/alamaken_news/status/1723637442274558317?s=48&t=3hydlFwycXTamYiXoefW4g
https://twitter.com/modawna_dasman/status/1723637273491632251?s=48&t=3hydlFwycXTamYiXoefW4g
https://twitter.com/khabar_tazag/status/1723635132085485732?s=48&t=3hydlFwycXTamYiXoefW4g
https://twitter.com/akhbar_alyawm/status/1723637875491659931?s=48&t=3hydlFwycXTamYiXoefW4g
Facebook'da Paylaş