TRT-nin baş direktoruna yüksək etimad

6-11-2023, 14:55

TRT-nin baş direktoruna yüksək etimad

65 ölkədən 246 üzvü olan və təxminən 3,5 milyard tamaşaçıya çatan dünyanın ən böyük yayım birliyi olan Asiya-Sakit Okean Yayım Birliyinin (ABU) 60-cı Baş Assambleyası 31 oktyabr-1 noyabr tarixlərində Seulda keçirilib.

Yeni Balkan xəbər verir ki, yığıncaqda keçirilən rəhbər seçkilərində TRT-nin baş direktoru Mehmet Zahid Sobacı ABU prezidenti seçilib: “1 noyabr 2026-cı il tarixinədək 3 il müddətində ABU prezidenti vəzifəsini davam etdirəcək TRT baş direktoru Mehmet Zahid Sobacı ABU-nun baş katibi Əhməd Nadeem ilə sıx əməkdaşlıq edəcək. O, ABU çərçivəsində həyata keçirilən səfərlər, aparılan araşdırmalar və ABU-nun aktual problemləri ilə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparacaq”.

ABU-nun Baş Assambleyası və İdarə Heyətinin Yığıncaqlarına rəhbərlik edəcək M.Z.Sobacı, Şri Sri Lanka Yayın Kurumu MTV Channel ev sahibliyi ilə Şri Lankanın paytaxtı Kolomboda keçiriləcək 117-ci ABU Aralıq İdarə Heyəti Toplantısında ilk dəfə ABU rəhbəri olaraq iştirak edəcək.




Facebook'da Paylaş