İraqda daha bir SEPAH komandiri öldürüldü

1-12-2020, 08:55

İraqda daha bir SEPAH komandiri öldürüldü

“RT Arabic” telekanalı İraqdakı mənbələrə istinadla İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm Şahdanın İraqda öldürülməsi barədə bildirib. Onun Suriya ilə sərhəddə öldürüldüyü xəbər verilib.
“Al-Arabiya” telekanalı iddia edib ki, Şahdan bir gün əvvəl axşam "Al-Kaim" nəzarət-buraxılış məntəqəsindən keçib, onun maşını sonra pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Zərbə nəticəsində SEPAH komandirindən başqa onu müşayiət edən 3 nəfər də həlak olub.
Livan telekanalı “Al-Mayadeen”in mənbələri isə Şahdanın qətli haqqında xəbərləri təkzib edib (report).




Facebook'da Paylaş