Zənnimcə, yaxın dövr ərzində ermənilərlə sülh şəraitində yaşamaq mükün olmayacaq. Mətbuatdan da şahid oluruq ki, erməni xalqı ölkə rəhbərliyinin imzaladığı kapitulyasiya sənədilə razılaşmır. Düşünürəm ki, Ermənistan önümüzdəki illər ərzində maliyyə toplayıb, ordusunu gücləndirmək istəyəcək ki, yenidən torpaqlarınızda müharibəyə başlasın. Bu hala tam hazırlıqlı olmalısınız. Regionun stabilləşməsi üçün Ermənistanda elə bir hakimiyyət qurulmalıdır ki, daşnakların idealogiyasının üstündən xətt çəkib, qonşuları ilə sülhə nail olsun. Təəssüf ki, buna inanmıram. İstənilən halda xeyirə inanıb, şərlə müharibəyə hazır olun!
Xalqınızı isə ata-baba yurduna qayıtdığı üçün təbrik edirəm. Qələbənizə inanıram, müdrik rəhbərinizin siyasətindən əminəm. İnanıram ki, bir neçə il ərzində Qarabağı yamyaşıl cənnətə çevirəcəksiniz. Kənd təsərrüfatı inkişaf edəcək, yollar, küçələr, evlər ən gözəl şəkildə bərpa olunacaq. Tanrının bərəkəti daim üstünüzdə olacaq. Çünki qonaqpərvər, multikultural xalqsınız.