İran və Ermənistandan növbəti XAİN addım: "Fars Körfəzi və Qara Dəniz nəqliyyat dəhlizi" layihəsi yenə gündəmdə

18-11-2022, 11:44

İran və Ermənistandan növbəti XAİN addım: "Fars Körfəzi və Qara Dəniz nəqliyyat dəhlizi" layihəsi yenə gündəmdə

“Ermənistan “Fars körfəzi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizinin işə salınması haqqında sazişi respublika qanunvericiliyinə uyğun olaraq ratifikasiya etməyə hazırdır. Hazırda layihə iştirakçıları bu layihənin ideoloqu olan İranın müqavilənin imzalanma tarixini açıqlamasını gözləyirlər”.

Ordum.az-ın məlumatına görə bu barədə “Sputnik Ermənistan”-a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Fars Körfəzi və Qara Dəniz nəqliyyat dəhlizi layihəsi “Fars körfəzi-Qara dəniz” Dehli və Tehranı İrəvan və Tbilisi vasitəsilə Avropa ilə multimodal daşımalarla birləşdirən marşrutu nəzərdə tutur. Bu ideya ilk dəfə 2016-cı ildə İran tərəfindən səsləndirilib, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan layihəyə qoşulub. Bu müddət ərzində işçi qrupların altı iclası keçirilib (İran və Bolqarıstanda hər biri iki dəfə, Gürcüstan və Ermənistanda isə bir dəfə).

Nazirlik bildirib ki, layihədə iştirak edən ölkələrin, xüsusilə Ermənistan, İran və Bolqarıstanın nümayəndə heyətləri sonuncu dəfə 6-7 aprel 2022-ci il tarixlərində Sofiyada layihənin razılaşdırılması üçün ekspert qrupunun altıncı iclasına toplaşıblar.Görüşün yekunlarına əsasən, altıncı iclasın protokolu imzalanıb və orada qeyd olunub ki, “Fars körfəzi - Qara dəniz” layihəsinin yekun variantı hazırdır.

Ordum.az




Facebook'da Paylaş