Milli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclisin payız sessiyası üçün növbəti plenar iclası başlayıb.
Ordum.az xəbər verir ki, Sahibə Qafarovanın sədrli ilə keçirilən iclasda 21 məsələnin müzakirəsi nəzərdə tutulub.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycanın 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
3. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
4. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
5. Azərbaycanın 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
8. Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
10. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
11. “Qrant haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
12. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
13. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi (ikinci oxunuş).
14. “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
15. Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
16. “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
17. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
18. “Baytarlıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
19. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
20. “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
21. “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
Facebook'da Paylaş