Bənzər yazılar

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunaraq qəbul edilib.
İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan depuat Nemətulla Ərdoğmuş rəhbərlik edib.
Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

