MDB Təhlükəsizlik Şurasının katibləri nüvə təhlükəsizliyini müzakirə edəcəklər

3-11-2022, 11:44

MDB Təhlükəsizlik Şurasının katibləri nüvə təhlükəsizliyini müzakirə edəcəklər

“MDB Təhlükəsizlik Şurasının katibləri bu gün Moskvada keçiriləcək iclasda nüvə təhlükəsizliyinin təmin edilməsini müzakirə edəcəklər”.

Ordum.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O həmçinin bildirib ki, iştirakçılar nüvə silahının istifadə edilməməsi üçün fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv olan ölkələrin Təhlükəsizlik Şurası katiblərinin toplantısı keçirilir.




Facebook'da Paylaş