Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir

14-10-2022, 10:06

Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir

Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

Ordum.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclasda həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edir.

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başlayıb.

Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı, MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi, MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması müzakirə olunur.




Facebook'da Paylaş