14 noyabr 1944-cü ildә Axıska (Mesxeti) türklәri Stalin rәhbәrliyi tәrәfindәn sürgün ediliblər.
Sovet hökuməti tərəfindən Gürcüstanın Mesxetiya regionundan Mərkəzi Asiyaya məcburi şəkildə köçürülmə zamanı 212 kənddə yaşayan 94 min 955 nəfər Axıska (Mesxeti) türkü öz evlərindən didərgin salınıb.
Onlar mal-qara üçün nəzərdə tutulan vaqonlara yerləşdirilərək əsasən Özbəkistan ərazisinə göndəriliblər.
Sürgün zamanı 50 minə qədər insan həyatını itirib.
SSRİ hökuməti köçürülən Axıska türklərinin yerinə Mesxetiya ərazisinə 32 min xristian erməni yerləşdirib.
Hazırda sayları yarım milyonu keçən Axıska türkləri əsasən Qazaxıstan (180 min nəfər), Azərbaycan (110 min), Rusiya (95 min), Türkiyə (76 min), Qırğızıstan (50 min), Özbəkistan (38 min), ABŞ (16 min) və Ukrayna (10 min) ərazilərində məskunlaşıblar.
Dilləri Azərbaycan türkcəsinə olduqca yaxındır.