Türkiyə Prezidenti: "Azərbaycanlı qardaşlarımızın gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq"

20-09-2022, 19:59

Türkiyə Prezidenti: "Azərbaycanlı qardaşlarımızın gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq"

"Biz Azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq".

Ordum.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 77-ci Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Biz Türkiyə olaraq Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən münaqişələr bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açıb:

"Türkiyə olaraq çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə də sıx bağlı olan nəqliyyat əlaqələrinin açılması region ölkələri üçün mühüm inkişaf olacaq".




Facebook'da Paylaş