Zavodun işçiləri işdən qovulub

23-08-2022, 19:22

Zavodun işçiləri işdən qovulub


Zavodun işçiləri işdən qovulub

Avqustun 21-də Təbrizin Səhənd kombayn zavodunun 9 işçisi işdən qovulub və onlara heç bir təzminat ödənilməyib. İşdən qovulan zavod işçiləri bir aylıq müqavilələrlə işlədildiklərini, qanunla nəzərdə tutulan bütün hüquqlardan məhrum olduqlarını və işdən çıxarıldıqdan sonra təzminat ala bilmədiklərini bildiriblər.
Zavod rəhbərliyi istehsalın azalmasına görə işçiləri ixtisara saldığını bildirsə də, onlara təzminat verilməməsi barədə açıqlama verməkdən imtina edib. Bundan öncə 500 işçisi olan kombayn zavodunda hal-hazırda 39 nəfər çalışır ki, onlardan da 20-i ofis işçiləridir. Avqustun əvvəllərində etiraz aksiyası keçirən kombayn zavodunun işçiləri 4 aydır əmək haqqı ala bilmədiklərini bildirmişdilər.
İşçi hərəkatı fəalları işdən qovulan 9 nəfərin qeyd olunan aksiyada iştirak edənlər olduğunu, zavod rəhbərliyinin onları işdən qovmaqla başqa işçiləri susmağa çalışdığını deyirlər.
Cavidan




Facebook'da Paylaş