Nəsiman Yaqublu yazır: Osmanlı Türkiyəsindən Ərdoğan Türkiyəsinə...

29-10-2020, 11:13

Nəsiman Yaqublu yazır: Osmanlı Türkiyəsindən Ərdoğan Türkiyəsinə...
Osmanlı Türkiyəsinin mövcudluğu yeddi əsrə qədər davam etdi və tarixdə dərin izlər qoydu.Osman Qazi bu dövlətin əsasını qoyduğu ilk illərdə ərazisi 4 min kvadrat kilometr idi. Osman qazinin oğlu Orxan Qazinin dövründə bu ərazi 16 min sonrakı dövrlərdə 90 min və artaraq böyüdü.Osmanlının səsi,qəhrəmanlıq savaşı dünyanın çox yerindən eşidilməyə başladı.Yəni Osmanlı dövlətinə başçılıq edənlərdə bir əxlaq və əqidə, prinsip formalaşmışdı- torpaq vermək yox, torpağı genişləndirmək.Osmanlı dövründə çox möhtəşəm hadisələr olub: İstanbul fəth edilib,Avropada böyük uğurlar əldə edilib, Türkiyə bir güclü dövlət olaraq inkişaf edib və s.(Türkiyənin hazırki ərazisi 783 min kv.km-dir).
Osmanlı sultanları da tarixə maraqlı şəxsiyyətlər kimi daxil olub və araşdırma kitablarında yazılmaqdadır. İstanbulun fəthi zamanı bayrağı qalaya sancarkən dəfələrlə ox yarası alan, bədəni deşik-deşik olan və sonda o bayrağı qalaya sancıb həlak olan Ulubatlı Həsən adlı əsgərə baxan Osmanlı hökmdarı II Mehmetin dediyi sözlər çox təsirlidir:”Sultan olmasaydım,bu dünyada Ulubatlı Həsən olmağımla fəxr edərdim”.
Türkiyənin mövcudluğu dövründə Mustafa Kamal Atatürkün isə əvəzsiz xidmətləri vardır.İstiqlal savaşında qalib gələn Türkiyənin müasirləşməsində, bu günkü bayramın reallaşmasında onun böyük rolu vardır.Az qala Türkiyəni səkkiz yerə parçalamq istəyən dövlətlərə qarşı xalq müqavimətinin təşkilində Atatürk bir parlaq sərkərdə rolunu oynadı və Türkiyəni fəlakətlərdən qurtardı.Onun dediyi “Cahanda sülh, Yurdda sülh” fikri çox məşhurdur.
Və şübhəsiz ki, Türkiyə tarixində cənab Rəcəb Tayyib Ərdoğanın isə başqa unudulmaz xidmətləri vardır.Güclü bir Türkiyənin yaranmasında önəmli rol oynayan cənab Ərdoğan tarixdə bir xidməti ilə də qalacaq: əzilən və haqqı tapdanan müsəlman, türk toplumlarına dəstək olmaq, onları qorumaq.Suriyada, İraqda, Liviyada bu işləri uğurla həyata keçirən Ərdoğan Türkiyəsi bu gün o missiyanı cənubi Qafqazda reallaşdırmaqdaır. Azərbaycanın işğal edilmiş ərazilərinin erməni terrorçularından azad olunmasında xalqımız hər məqamda bu böyük şəxsiyyətin səsini eşidir, köməyini hiss edir.Bu azadlıq və ərazilərimizi işğaldan azadetmə savaşında cənab Ərdoğan sanki Azərbaycan əsgərinin güclü bir dayağına çevrilib.Onun bu inamlı davranışını, xalqımıza sonsuz sevgisini görəndə 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusunun, qəhrəman Nuru Paşanın qüvvətini duyuruq. İnanırıq ki, Qarabağ savaşı uğurla başa çatacaq və xalqımız qardaş Türkiyə dövlətini, onun sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı hər zaman xatırlayacaq, ona minnətdar olacaq.
Türkiyə Cümhuriyyəti tarixinin bu önəmli günündə bütün xalqımız adından sevgi ilə, inamla bu sözləri deyirik:Yaşasın Türkiyə Cümhuriyyəti!




Facebook'da Paylaş