Türkiyənin Müdafiə naziri Hulusi Akarın Bakıda-Azərbaycan-Türkiyə hərbi təlimlərinin yekununda dediklərindən:
“Dərdinizi millət olaraq dərindən hiss edirik. Çox açıq şəkildə bildirmək istərdim ki, son illərdə bütün dünyanın gözü önündə Xocalıda soyqırım törətmiş və Dağlıq Qarabağı heç bir qanuni əsaslandırma və ya legitimlik olmadan işğal etmiş Ermənistana qarşı bütün imkanlarımızla sonadək Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil. Azərbaycanın ədalətli işi və ərazi bütövlüyünə güclü dəstəyimiz, əvvəllər olduğu kimi, davam edəcəkdir. Azərbaycanın işğal altındakı ərazilərini azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq.
İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq. İki ayrı dövlət olsaq da eyni millətin övladlarıyıq. Bizim tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığıız bizim üçün vaz keçilməzdir